Belarus çempionatı da dayandırıldı
Qadın futbolçular arasında Belarus çempionatının startı təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyaları Assosiasiyası (ABFF) qərar qəbul edib.
2020-ci il mövsümünün ilk turu 16-18 apreldə keçirilməli idi. Lakin matçlar yeni bildirişədək təxirə salınıb.
Səbəb kimi daha əvvəl turnirlərin birində iştirak etmiş bəzi oyunçuların mümkün koronavirus daşıyıcıları ilə təmasda olmaları göstərilib.
Qeyd edək ki, kişi futbolçular arasında Belarus çempionatı Avropada hələlik, dayandırılmayan yeganə turnirdi. Bu ölkədə də koronavirusun yayılmasına baxmayaraq, martın 19-da startı verilən milli çempionatda artıq 4 tur oynanılıb. 16 komandadan ibarət Belarus çempionatında 5-ci tura bu gün start veriləcək.
Oxşar xəbərlər
Belarus – Azərbaycan oyunu neytral ölkədə keçiriləcək - Millətlər Liqası
Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək - Millətlər Liqası
Belarus çempionatı təxirə salındı - Qərar
Mitinq oyun keçirməyə imkan vermədi - FOTO
Euro-2017: Serbiya yarımfinalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası