reklam
“Qəbələ”nin prezidenti:
Sportfm.az xəbər saytı

“Qəbələ”nin prezidenti:“İdman prinsipləri nəzərə alınmalıdı”


“Mövsümün taleyi ilə bağlı danışmaq çox çətindir. Çünki mövcud durumla bağlı mütəxəssislər hər hansı proqnoz verə bilmirlər ki, onun əsasında fikir söyləmək mümkün olsun”.

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Azərbaycan Premyer Liqasının hansı formatda davam etdirilməsi barədə danışarkən deyib.

Mövsümün vaxtından əvvəl başa çatdırılmasının mümkünlüyü ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin fikirlərinə münasibət bildirən klub rəsmisi bunun tərəfdarı olmadığını vurğulayıb: “İstənilən halda düşünürəm ki, futbol adına idman prinsipləri maksimum nəzərə alınmaqla qərar qəbul olunmalıdır. Bu məsələ ətrafında AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədovla və digər klub rəhbərləri ilə daim müzakirələr aparırıq”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasına aprelin 14-dək fasilə verilib. Bu qərar martın 13-də qəbul olunub. “Qəbələ” 20 turdan sonra 19 xalla sonuncu – 8-ci yerdə gedir. Azərbaycan Kubokunda isə “qırmızı-qaralar”ı yarımfinalda “Zirə” ilə oyunlar gözləyir. (Report)

Oxşar xəbərlər

AFFA klublarla iclas keçirdi - Videokonfrans formatında
Ramin Musayev yenidən PFL prezidenti oldu
"Qəbələ" avrokuboklarda mübarizə aparacaq - Dəqiqləşdi
"Heç kim Premyer Liqanı tərk etməməlidir" - Fariz Nəcəfov
"Qəbələ"nin prezidenti: " Futbol ağır günlər keçirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər