Cəbrayıl Həsənov reytinqdə 2-ci sırada
Güləşçilərin yeni reytinq cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, sərbəst güləş millimizdən dörd nəfər reytinqin ilk onluğunda qərarlaşıb.
Belə ki, Ağahüseyn Mustafayev (70 kq) 8-ci, Cəbrayıl Həsənov (79 kq) 2-ci, Şərif Şərifov (97 kq) 3-cü və Cəmaləddin Məhəmmədov (125 kq) 4-cüdür. Onlardan Olimpiya çempionumuz Şərif Şərifov ötən ay ikinci pillədəki yerini amerikalı Olimpiya çempionu Kayl Sneyderə verməli olub.
Yunan-Roma güləşində ilk onluqda millimizin üzvlərindən yalnız üç idmançı var. Eldəniz Əzizli (55 kq) 4-cü, Sənan Süleymanov (77 kq) 9-cu və Rafiq Hüseynov (82 kq) 2-ci yerdədir. İlk iki güləşçimiz əvvəlki reytinqlə müqayisədə bir pillə geriləyib.
Qadın güləşində isə iki idmançımız ilk onluqda qərarlaşıb. Mariya Stadnik (50 kq) 2-ci və Elis Manolova (65 kq) 3-cü pillədəki yerini qoruyub.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Tokioya yollandı - Tokio-2020
İki güləşçimiz ilk onluqda - Reytinq cədvəli
Güləşçilərimiz beynəlxalq reytinq cədvəlində ilk onluqda yer aldı
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası