reklam
Olimpiya Oyunları baş tutacaq -
Sportfm.az xəbər saytı

Olimpiya Oyunları baş tutacaq -Tarix dəyişməyəcək


Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtında heç bir dəyişiklik edilməyəcək.

Sportfm.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib.

O bildirib ki, koronavirus epidemiyasının dünyanın bir çox ölkəsində yayılmasına baxmayaraq, Olimpiada planlaşdırıldığı tarixdə keçiriləcək: "İnfeksiyanın yayılmasının qarşısını alacağıq və planlaşdırıldığı kimi, heç bir problem olmadan Oyunları qəbul edəcəyik".

Qeyd edək ki, son məlumata əsasən, Yaponiyada 1423 nəfər koronavirus xəstəliyinə tutulub, onlardan 28-i ölüb. Tokio-2020 isə 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.

Oxşar xəbərlər

Tokio olimpiadası ləğv edilir? - ŞOK
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Olimpiya halqaları Tokio körfəzində - FOTO
"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" - Yaponiyalı nazir
Tokio olimpiadasının proqramı təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər