Mövsüm bitməmiş çempion elan edilə bilər! -İtaliyada
İtaliyada koronavirus epidemiyasına görə A Seriyasının bütün oyunlarının aprelin 3-nə qədər təxirə salındığını xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, A Seriyası rəhbərliyi turnirin bu mövsümünün oynanılmaması variantını nəzərdən keçirir. Bu barədə “La Republica” nəşri məlumat yayıb. Xəbərdə, A Seriyasında 2019/20 mövsümünə yekun vurulmasının və turnir cədvəlindəki hazırkı vəziyyətə görə çempionun müəyyənləşdirilməsinin nəzərdən keçirildiyi bildirilir.
A Seriyasında hazırda “Yuventus” 63 xalla liderdir. Çempionatın başa çatmasına 12 tur qalıb.
Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Koronavirus İtaliyada azı 463 nəfərin həyatına son qoyub.
Oxşar xəbərlər
"Yuventus"un xalları silinə bilər - Növbəti məhkəmə
“Mançester Yunayted”də koronavirus şoku - Kütləvi yoluxma
A Seriyasının bərpası üçün yeni tarix məlum oldu
Mövsüm ləğv edildi
A Seriyası nə vaxt bərpa olunacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası