reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin çalışdırıcısı ikinci yer haqqında düşünmür


"Çətin oyun olacağını gözləyirdik. Hesab heç də asan matçdan xəbər vermir".

Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyundan sonra deyib.

Gənc mütəxəssis qarşılaşmadan "CBC Sport"a açıqlamasında komandasının 4:0 hesablı qələbəsini dəyərləndirib: "Bu nəticə o demək deyil ki, "Sabah" zəifdir.

Onların keyfiyyətli oyunçuları var. Sadəcə, çox ciddi hazırlaşmışdıq. Ötən turda qələbə qazana bilməsək də, yaxşı çıxış etmişdik. Bu dəfə də həftəboyu gərgin hazırlaşdıq və bunun bəhrəsini gördük".

"Neftçi" ikinci pillədəki mövqelərini gücləndirsə də, Məmmədov bununla kifayətlənməyəcəklərini söyləyib: "İkinci yeri düşünmürük. Sona qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik".

Oxşar xəbərlər

"Neftçi"nin adı və tarixi motivasiyadır" - Qurban Qurbanov
"Keşlə”ni yaxşı analiz etmişdik" - Füzuli Məmmədov
Füzuli Məmmədov qələbəni şərh etdi - "Çətin olacağını bilirdik"
"Bizim oyunlarımız gərgin, əsəbi alınır" - Emin Mahmudov
Elşad Əhmədov: "Bunların “bəhrəsini” gördük"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər