reklam
Sportfm.az xəbər saytı

"Səbail"in legioneri Giqqzlə görüşdü


"Səbail"in futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

Sportfm.az xəbər verir ki, bu barədə qanalı yarımmüdafiəçi özünün "İnstagram" səhifəsində paylaşım edib.

46 yaşlı mütəxəssislə fotosunu paylaşan afrikalı oyunçu bu sözləri yazıb: "Səninlə yenidən qarşılaşmaq əla oldu, Rayan Giqqz".

Qeyd edək ki, Giqqz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

Oxşar xəbərlər

Giqqz ittihamları rədd etdi - Azadlığa buraxıldı
Rayan Giqqz həbs olundu - Sevgilisini döydü
Rayan Giqqz yenidən Bakıya gələcək - Açıqladı
Rayan Giggz Qurban Qurbanovla görüşdü - FOTO
Rayan Giqqz Bakıya gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər