Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Materazziyə görə Zidanın maskalarını geyinəcəklər -FOTO
Hindistan Superliqasında sabah baş tutacaq "Kerela Blasters” - "Çennaiyin” maçtından öncə ev sahibi komandası maraqlı addım atıb. Sportfm.az xəbər verir ki, "Kerela Blasters”in azarkeşlərinin rəhbəri Abdul Hadhi azarkeşlərə Madridin "Real” klubunun baş məşqçisi Zinəddin Zidanın maskasını paylayıb. Maskaların 35 min azarkeş arasında paylanması nəzərdə tutulub.
Buna səbəb isə rəqib komandanın baş məşqçisinin məşhur italiyalı futbolçu Marko Materazzi olmasıdı. Belə ki, azarkeşlərə Zidan maskası ilə baş məşqçiyə təzyiq göstərmək istəyirlər.
Məsələ ilə bağlı danışan azarkeş qrupunun rəhbəri fikirlərini belə izah edib: "Materazziyə bir mesaj göndərmək istəyirik. Ona şiddətli təzyiq göstərmək niyyətindəyik. Məncə, bu planımız onun üçün ən böyük təzyiq olacaq”.
Qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final oyununda maraqlı anlar yaşanmışdı. Finalda Fransa və İtaliya komandaları üz-üzə gəlmişdi. Həmin matçın son dəqiqələrində Zidan söyüş söydüyünə görə Materazzini baş zərbəsi ilə vurmuşdu.

Oxşar xəbərlər
Zidanın əkiz nəvələri dünyaya gəldi - FOTO
“Zidan bir gün Fransa millisinə rəhbərlik edəcək”
Zidandan sonra oğlu da "Real"dan gedir
Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçildi
Zidan Ronaldo ilə bağlı qalmaqaldan danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası