Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Barselona"dan boykot
"Barselona" İspaniyanın "Marka" qəzetinin 2015/2016 mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimini boykot edib. Sportfm.az xəbər verir ki, klub nümayəndələri və La Liqanın ən yaxşı bombardiri seçilən Luis Suares tədbirə getməyib. "Barselona"nın idarə heyətinin üzvü Josep Vives bildirib ki, "fair-play" mükafatı İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebasa verildiyindən bu addımı atıblar: "Fair-play" mükafatının Tebasa veriləcəyini öyrənən kimi bu tədbirə qatılmamaq qərarına gəldik. Bizim klubla bağlı dediklərindən sonra Tebasa "fair-play" mükafatının veriləcəyi tədbirə qatılmağımız mümkün deyildi".
Qeyd edək ki, X.Tebas La Liqanın 9-cu turunda "Barselona"nın səfərdə "Valensiya"nı 3:2 hesabı ilə məğlub etdiyi oyunda futbolçuların qol sevincinə görə tənqid edib. O, Neymar, Messi, Suares kimi oyunçuların hərəkətini uşaqlara pis örnək olduğunu bildirib. "Barselona" bu tənqidlərdən sonra Tebasın cəzalandırılması üçün İdman Məhkəməsinə müraciət edib.
Oxşar xəbərlər
"Vüqar Həşimov mükafatı" bizimkilərə qismət olmadı
"Barselona"nın "xəyanəti" bağışlanmadı
Messi İspaniya çempionatıda 400-cü qolunu vurdu
Messi "Barselona"ya qələbə qazandırdı
FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL














/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)
Misli Premyer Liqası