Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək.
Sportfm.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.
Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçu yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.
Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.
Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, komanda vətənə yanvarın 19-da qayıdacaq.
Oxşar xəbərlər
Boksçularımız Rusiyaya yollandı
Boksçularımız beynəlxalq turnirə yollandı
Xasmetov, Yelekov, Benkomo və Səmədov
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
39 komanda Boks Mərkəzinə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan klubları 14-cü qələbəsini qazandı - REKORD















Misli Premyer Liqası