reklam
Güləşçilərimiz Türkiyədə bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Türkiyədə bürünc medal qazandı


Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib. Yığmamızın üzvlərindən Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçilərin yarışında isə 5 çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalovla (57 kq) Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcək. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Musafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaq.
Qeyd edək ki, sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da medalçılar sabah bəlli olacaq.

Oxşar xəbərlər

İstanbuldan Bakıya 2 qızıl medal gətirilir
Toğrul Əsgərov yenidən yığmada
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
Güləşçilərimiz dünya çempionatında beş medal qazandılar
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər