Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcüstanda çıxış edən futbolçumuz komandasından ayrıldı -Bakıya qayıtdı
Gürcüstanın Yüksək Liqa təmsilçisi "Rustavi" klubunun şərəfini qoruyan Fuad Bayramov vətənə qayıdıb.
Sportfm.az saytının məlumatına görə, futbolçu mövsüm bitən kimi Gürcüstan klubu ilə başa çatan müqaviləsinin müddətini uzatmayıb. "Keşlə"dən qonşu ölkəyə yollanan yarımmüdafiəçi hələ ki, Bakıda gələn təklifləri götür-qoy edir. Bərdə futbolunun yetirməsi karyerasını yenidən Gürcüstanda davam etdirə bilər. Belə ki, ona bir neçə klubdan təklif var.
Qeyd edək ki, 25 yaşlı oyunçu aşağı yaş qrupları üzrə yığma komandalarımızın da şərəfini qoruyub.
Oxşar xəbərlər
O, Ramil Şeydayevin yolu ilə getmədi! - Transfer
Türk futbolçu İngiltərəyə yollana bilər
Azərbaycanlı futbolçu Gürcüstanda rəmzi komandada
Kamal "Sumqayıt"a lazım olmadı
""Barselona" və "Real Madrid"dən gələn təklifləri götür-qoy edəcəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası