"Çempionluğu düşünmürük" -Yurqen Klopp
“Liverpul”un baş məşqçisi Yurqen Klopp Premyer Liqanın 18-ci turunda “Lester”lə (4:0) matçdan sonra çempionluq mübarizələrindən danışıb.
Sportfm.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ çempionluq haqqında düşünmədiklərini deyib: “Çox yaxşı bir komandaya qarşı oynadıq. Bu görüş həlledici deyildi. “Liverpul” azarkeşləri 30 illik həsrətin sona çatdığını düşünür. Qarşılaşmalar bitəndə dəyişən tək şey rəqəmlərdir. Əvvəl "Lester"lə 10, 11, sonra da 13 xallıq fərq oldu. Çempionluğu düşünmürük, hiss etmirik və bu haqda danışmırıq. Bizi cəlb etmir, o əhval-ruhiyyəyə düşmürük”. Qeyd edək ki, "Liverpul" 52 xalla turnir cədvəlinə başçılıq edir. “Mersesaydlılar”ın ən yaxşı izləyicisi “Lester”in 39 xalı var.
Oxşar xəbərlər
“Liverpul” – “Lester” 2:0 - VİDEO
Premyer Liqanın ən yaxşı baş məşqçisi
Dünyanın ən yaxşı 5 məşqçisi - SİYAHI
Türkiyə millisinin futbolçusu Premyer Liqanın rəmzi komandasında - FOTO
"Liverpul" yoluna davam edir - Xal fərqi artdı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası