Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək
Dekabrın 26-dan 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, dünya çempionatı çərçivəsində rapid yarışları dekabrın 26-dan 28-dək davam edəcək. Blits turniri isə dekabrın 29-30-da keçiriləcək. Azərbaycanı rapid yarışlarında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Aydın Süleymanlı təmsil edəcəklər. Blits turnirində isə kişilər arasında Ş.Məmmədyarov, Q.Hüseynov, R.Məmmədov, N.Quliyev, A.Süleymanlı ilə yanaşı, Eltac Səfərli də mübarizə aparacaq. Qadın şahmatçıların həm rapid, həm blits yarışlarında Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva iştirak edəcəklər.
Oxşar xəbərlər
Şahmatçılarımız blits növündə mübarizəyə başlayır - Dünya çempionatı
Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır
Dünya çempionatı Polşada keçiriləcək - Rapid və blits üzrə
Təxirə salınmış dünya çempionatı Qazaxıstanda keçiriləcək - FIDE açıqladı
Şəhriyar Məmmədyarov beşincidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası