Zaur Həşimovdan çarpıcı açıqlamalar:"Banqladeş çempionatından Azərbaycana futbolçu gəlməməlidir"
"Zirə" yayda transfer etdiyi haitili hücumçu Soni Norde ilə yolları ayırmağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, "CBC Sport"da "Tok Şou"nun qonağı olan komandanın baş məşqçisi Zaur Həşimov açıqlamasında buna işarə vurub:
"Bu gün legioner limitinin ləğvi Azərbaycan futbolunun məhvinə səbəb olacaq. Biz bu yerə gəlmək üçün sıfırdan başlayıb, 7-8 il davam etməliyik. Futbolçu yetişdirməli və komandaya 4-5 yaxşı əcnəbi gətirməliyik ki, onlardan nəsə götürsünlər. "Zirə"də Banqladeş liqasında oynayan futbolçu var (Soni Norde - red). Kimisə alçaltmaq istəmirəm, amma Hindistanın B Liqasından, Banqladeş çempionatından Azərbaycana futbolçu gəlməməlidir, fikrim belədir. Pul xərcləyiriksə, düzgün şəkildə etməliyik. 10 futbolçu alma, 5-ni transfer et, xeyirli olsun. 1 transferdə səhv edə bilərsən, amma 3-4-də yox".
30 yaşlı Soni Norde karyerası ərzində Banqladeş və Hindistan klublarında çıxış edib. Nordenin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Oxşar xəbərlər
Hindistana gedəcəyi deyilirdi, Malayziyaya getdi - Transfer
"Zirə" Sonini göndərdi - FOTO
"Zirə"li Soni üçün əlamətdar oyun
"Zirə" sənin səviyyənə uyğun deyil!" - Gerye
Soni "Zirə" üçün oynayacaq - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası