Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Matç zamanı ayaqyoluna getməsi azarkeşləri özündən çıxardı -FOTO
"Arsenal"ın kapitanı Pyer-Emerik Obameyanq Premyer Liqanın 15-ci turunda "Brayton"a uduzduqları oyunun sonlarına yaxın tualetə getməsi azarkeşləri qəzəbləndirib.
Sportfm.az xəbər verir ki, komandası hesabda 1:2 geridə olduğu zaman qabonlu hücumçu 4-5 dəqiqəlik tualetə gedib. Müvəqqəti olaraq "topçular"ı çalışdıran Freddi Lyunberq həmin an bu hadisəni görmədyini deyib: "Bunu görməmişəm. Obameyanqın tuneldən çıxdığını gördüm. Tualet ehtiyacı var idi və buna görə gedib".
"Arsenal" azarkeşləri isə komandanın məğlub olduğu vaxtda kapitanın tualetə getməsini kəskin şəkildə qınayıb.
"Arsenal" Premyer Liqada son 9 oyunda qalib gəlmir.
Oxşar xəbərlər
"Sürətli qatar" Londonda qalacaq - Müqavilə
Obameyanq Bakıda meydana çıxacaqmı?
"Stadionumuz daha çox tualetə oxşayır" - "Napoli"nin prezidenti
Premyer Liqa klubu bir oyunçunu verib, digərini almaq istəyir - Transfer düyünü
Obameyanq Premyer Liqa klubunda peyda ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası