reklam
Millidə çıxış edən futbolçu
Sportfm.az xəbər saytı

Millidə çıxış edən futbolçu "yalandan" ölüb -FOTO


Ötən il vəfat edən futbolçu Jlloyd Samuellə bağlı şok iddia səslənib.
Sportfm.az xəbər verir ki, İngiltərədə "Aston Villa", "Bolton", "Kardiff Siti", İranda "İstiqlal" və "Peykan" kimi klublarda çıxış etmiş trinidad və toboqolu futbolçu ötən il yol qəzasında həlak olmuşdu.
İndi isə onun yaşadığı iddia olunub. Bu iddia ilə isə onun qardaşı Leslie-Ann Samuel çıxış edib.
Leslie-Ann Samuel böyük qardaşının yaşadığını və həyat yoldaşı ilə birlikdə "yalan bir həyat" yaşadığını bildirib: "Qardaşım və həyat yoldaşı sığortadan pul ala bilmək üçün belə bir yalan uydurdular. Sığorta pulunu həyat yoldaşı aldı. İndi xoşbəxt bir həyat sürürlər. Sübutlarım var".
Leslie qardaşının yerinə qəzada başqasının meyitini göstəriblər və Jlloyd Samuelin DNT-snin başqa bir xəstəxanadan çıxdığını bildirib. 
Qeyd edək ki, Jlloyd Samuelin bacısı ölüm xəbəri yayılandan sonra sosial medida diqqət çəkən paylaşım etmişdi:"Səni yaxında görəcəyəm. Həm də bu həyatda... Qardaşım, sənin yaşadığını bilirik". Jlloyd Samuel İngiltərənin U-18, U-20 və U-21 yığmalarında çıxış edib. Daha sonra isə o, Trinidad və Toboqonun A millisində forma geyinib. Ötən ilin 15 mayında futbolçunun yol qəzasında öldüyü açıqlanıb.(fanat.az)

 

Oxşar xəbərlər

Veteren futbolçunun həyat yoldaşı da dünyasını dəyişdi - 18 gün sonra
Fantastik fırıldaq - ölən futbolçu Almaniyada yaşayır
“Şalke”nin futbolçusu sağ çıxdı - Həyat yoldaşı sığorta pulu aldı
Həyat yoldaşı onun gələn mövsüm oynayacağı klubu açıqladı
37 yaşlı futbolçu qəzada dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər