reklam
Tərlan Əhmədov:
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov:"Milliyə yerli məşqçinin rəhbərlik etməsini istərdim"


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçirilir.

Sportfm.az xəbər verir ki, günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gəlib.

3-1 ev sahiblərinin xeyrinə başa çatan oyundan sonra təşkil edilən mətbuat konfransında qonaqların baş məşqşisi Tərlan Əhmədov jurnalistlərin sualını cavablandırıb.

- Penalti epizodu barədə nə deyə bilərsiz?

- Mən hakimlər haqqında danışmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, ikili standart olmasın. Bizə nə verilirsə, rəqibə də verilsin.

- Oyun boyu Kamara zəif çıxışı ilə yadda qaldı.

- Tək Kamara yox, bir neçə futbolçumuz zəif çıxış etdi. Onlar milli komandaların düşərgəsindən qayıdıblar və buna görə yorğunluq hiss olunur. 

- Millinin baş məşqçisi postuna sizin də adınız hallanır. AFFA-dan təklif gələrsə, qəbul edərsiz?

- Adımın hallanması xoşdu. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Komandanı yarıyolda qoyub gedə bilmərəm. Bu, iş prinsipimə ziddi. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdı. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdı. İllərlə görüləsi məsələdi. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim.

 

Oxşar xəbərlər

"Hamı oyunçu axtarışındadır" - Qurban Qurbanov
“Bu gün qələbə bizə lazım idi" - Yunis Hüseynov
Zaur Həşimov: "Heyəti gücləndirə bilərik"
"Yerli oyunçular legionerlərdən heç də geri qalmadılar" - Tərlan Əhmədov
Tərlan Əhmədov:"Qlobal dəyişiklik edə bilmərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər