reklam
Baş məşqçini yıxan futbolçuya sərt cəza verildi
Sportfm.az xəbər saytı

Baş məşqçini yıxan futbolçuya sərt cəza verildi


Almaniya Bundesliqasının XI turunun "Frayburq"la səfər oyununda rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı itələyib yerə yıxan "Ayntraxt"ın müdafiəçisi David Abrahamın cəzası bəlli olub.

Sportfm.az xəbər verir ki, yerli federasiya argentinalı futbolçunu 7 oyunluq diskvalifikasiya edib. 33 yaşlı müdafiəçi 25 min avro cərimələnib.

90+5-ci dəqiqədə topu oyuna daxil etmək üçün qaçan Abraham baş məşqçini itələyərək yerə yıxmışdı. Bundan sonra rəqib komandanın futbolçuları David üzərinə hücum çəkmişdi. Görüşün baş hakimi Feliks Brix Abrahamı qırmızı vərəqə ilə meydandan qovmuşdu.

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Elçin Məsiyevin səhvinin cəzası - 1000 manat
Türk futbolçuya sərt cəza - İngiltərədə
Futbolçu baş məşqçini itələyərək yerə yıxdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər