reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq"


"Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib: "Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq".

Oxşar xəbərlər

Qurban Qurbanov “Qarabağ”ın hədəfindən danışdı
"Müdafiəni rəqib meydanında qurmağa çalışacağıq” - Qurban Qurbanov
"Rəqibi öz meydanımızda qəbul edirdik" - Qurban Qurbanov
"Rəqibi yaxşı təhlil etmişik" - Qurban Qurbanov
"Bizə ən gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər