reklam
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu
Sportfm.az xəbər saytı

Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu


23 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, oktyabrın 28-də start götürəcək yarışda ölkəni güləşin hər 3 növü üzrə yığma üzvləri təmsil edəcəklər.

Mundialın ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yer alıb.

Qadınların yarışında Azərbaycanı yalnız Türkan Nəsirova (50 kq) təmsil edəcək. O, millinin baş məşqçisi Aslan Ağayevin rəhbərliyi altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq. Dünya çempionatı noyabrın 3-dək davam edəcək. 

Oxşar xəbərlər

Abubakr milli komandamızın heyətində olacaq - Heyət
Azərbaycan güləşçiləri reytinq turnirinə qatılacaq
Yığmamızın heyəti bilindi - Dünya çempionatı
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər