Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Messi DÇ-2018-dən sonra Argentinaya qayıdacaq”
"Məncə, Messi DÇ-2018-dən sonra Argentinaya qayıdacaq və "Nyuelz Old Boyz”da çıxış edəcək”. Komanda.az xəbər verir ki, bu sözləri "Liverpul”un və Argentina millisinin sabiq yarımmüdafiəçisi Maksi Rodriqes yerli mətbuata açıqlamasında deyib. O, Leonun nə vaxtsa "Nyuelz Old Boyz”a qayıtmasının bu komanda üçün inqilab olacağını bildirib: "Məncə, gec-tez Messinin "Nyuelz Old Boyz”da çıxışının şahidi olacağıq. Onun bu kluba qayıtması inqilab kimi bir qərar olar”.
Lionel Messi "Nyuelz Old Boyz”un yetirməsidi. O, bir müddət bu klubun aşağı yaş qruplarında çıxış etdikdən sonra "Barselona”nın akademiyasına yollanıb.
Messi kimi Maksi Rodriqes də bu klubun yetirməsidi. O, 2012-ci ildə "Liverpul”dan ayrıldıqdan sonra Argentinaya qayıdaraq, doğma klubuyla anlaşıb. 35 yaşlı futbolçu hazırda da "Nyuelz Old Boyz”un uğurları üçün çalışır.
Oxşar xəbərlər
Messi “Qızıl top”unu “Barselona”nın muzeyinə bağışladı
39 yaşlı 21 il əvvəlki klubu ilə müqavilə bağladı
Messinin xəyalındakı futbol klubu
Messi Argentinaya qələbə qazandırdı - Video
Messi Argentina millisindən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası