reklam
Rəşad Sadıqov üçün əlamətdar oyun
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov üçün əlamətdar oyun


Azərbaycan Premyer Liqasının 5-ci turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, 37 yaşlı müdafiəçi, kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.

Oxşar xəbərlər

“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
Bədavi Hüseynovun yubiley matçı
19:37-də “Neftçi”ni təbrik etdi - Rəşad Sadıqov
"Qarabağ"ın futbolçuları üçün əlamətdar oyun - Premyer Liqası
100-ə nə qaldı? - Rəşad Sadıqov rekordun astanasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər