Rövşən Babayev:"Udmaq istədik, alınmadı"
“Sabah”ın məşqçisi Rövşən Babayevin Premyer Liqanın 5-ci turu çərçivəsində “Sumqayıt” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, Babayev 0:1 hesabıyla bitən matçı belə şərh edib:
- Rəqib komandanı təbrik edirik. Hava da öz sözünü dedi. Təbii ki, alınmadı. Çalışacağıq ki, işləyib bu vəziyyəti düzəldək.
- Çox saylı qol vəziyyətlərinin boşa verilməsini nə ilə əlaqələndirmək olar?
- Bizdə hücumda çatışmazlıq var. Hiss olunur ki, istəklərimizə nail ola bilmirik. Hücumçularımızın problemi odur ki, gücləri çatmır.
- Bir həftə əsas komandaya rəhbərlik etdiz. İqor Ponomaryova nə məsləhət görərsiz?
- Onunla görüşməmişik. Görüşüb, danışmaq lazımdır. Komandada nə baş verdiyini bilirik.
- Əvvəllər “Sumqayıt”da çalışmısız. Bu komandaya qarşı bu gün rəqib olmaq necə hissdir?
- Udmaq istədik, alınmadı.
Oxşar xəbərlər
"O, hələ öz üzərində çox çalışmalıdır" - Vüqar Məmməd
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov
“Messinin yoxluğunu hiss etdik” - Ronald Kuman
Rövşən Babayev baş məşqçi oldu
"Qələbə qazandığımız üçün sevinirik" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası