Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.
Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər.
Oxşar xəbərlər
Cüdoçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazandı
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəldi - FOTO
Cüdoçularımız Antalyada qızıla həsrət qaldı
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Cüdoçularımız Qran Pri finalına yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası