Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu üsyan etdi:"Məni bura niyə gətirdiniz?"
“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Türkiyə klubu səfərdə “Brügge” ilə heç-heçə oynayıb (0:0).
Sportfm.az xəbər verir ki, Türkiyə milli komandasının oyunşusu olmuş Səlçuk İnan meydana çıxmayacağını öyrənincə özündən çıxıb. O, hələ qarşılaşmadan əvvəl heyətdə yer almadığını biləndə əsəblərini cilovlamağı bacarmayıb.

Yarımmüdafiəçi baş məşqçi Fatih Terimdən “niyə bura məni gətirdiniz?” deyə soruşub.
Səlçukun həyat yoldaşı çox ağır hamiləlik keçirir. Hətta Avstriyadakı təlim-məşq toplanışı zamanı Terimdən bir həftəlik icazə almalı olmuşdu. Belçikaya məhz oynamaq üçün gəlmişdi. Əks halda yenə icazə alacaqmış. İnan “həyat yoldaşımın yanında olmalıydım” ifadəsi ilə etiraz edib.
Oxşar xəbərlər
Selçuk İnan ona inananların yanında
Terimə ağır itki üz verdi
Əfsanə İstanbul klubunu tərk etdi - Ayrılıq
Əzəli rəqibini məğlub edib tarixə düşdü - Seriyalar qırıldı
Fatih Terimdən örnək addım
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası