Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qalatasaray”ın sabiq futbolçusu güllələndi
"Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klubun aşağı yaş qruplarında çıxış etmiş 21 yaşlı oyunçu "Beylikdüzü” metrostansiyası yaxınlığında baş verən atışmada həlak olub.
Kafedən mübahisə edərək çıxan iki nəfər Burhan Yıldıza yaxınlaşıb. Daha sonra onlardın biri Yıldızı başından güllələyib. Beş dəfə atəş açıldığı bildirilir.
Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hələlik cinayətkarlar həbs olunmayıb.
Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə "Qalatasaray”ın şərəfini qoruyub. 21 yaşlı futbolçu İstanbul klubundan "Amedspor"a, daha sonra isə "Silivrispor"a transfer olunmuşdu.
Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu
Millinin sabiq futbolçusu oyun zamanı güllələndi - Olay
Millinin keçmiş futbolçusu oyun zamanı güllələndi - CİNAYƏT
19 yaşlı futbolçu meydanda öldü
“Qalatasaray”ın futbolçusu “Portu”da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası