"MLS tarixinin ən yaxşı futbolçusuyam" -İbrahimoviç
"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç özünü MLS Liqası tarixinin ən yaxşı futbolçusu hesab edir.
Sportfm.az xəbər verir ki, isveçli forvard bunu ESPN-nin müxbiri ilə söhbətində deyib.
- Mən indiyədək MLS Liqasında oynamış futbolçulardan ən yaxşısıyam. Zarafat etmirəm.
- Niyə belə hesab edirsiniz?
- Siz mənim MLS-də oynadığım bu iki ildə futbola baxmısınız, yoxsa İsveçdə oyunları göstərmirlər?
- Düşünmürsünüz ki, əvvəlcə MLS-in qalibi olmaq, sonra özünüzü ən yaxşı adlandırmalısınız?
- Xeyr
- Deməli, bunun üçün çempionluq lazım deyil?
- Xeyr. Siz hardansınız?
- Meksikadan.
- Onda aydındır niyə belə suallar verirsiniz...
Xatırladaq ki, 38 yaşlı İbrahimoviç bu mövsüm MLS Liqasında 25 oyuna 26 qol vurub. O, bununla bir mövsümdə MLS-də ən çox qol vuran futbolçu adına yiyələnib.
Oxşar xəbərlər
MLS tarixinin ən yaxşı qolu - VİDEO
İbrahimoviç yenə ən yaxşı oldu - 12 "Qızıl top"
İbrahimoviç “Los-Anceles Qalaksi”dən getdi
38 yaşlı İbrahimoviç yeni rekorda imza atdı
İbrahimoviç hələ də onlara lazımdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası