reklam
Məmmədyarov dünya kubokunda növbəti qələbəsini qazandı
Sportfm.az xəbər saytı

Məmmədyarov dünya kubokunda növbəti qələbəsini qazandı


Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsinin ilk partiyaları oynanılıb.

Sportfm.az xəbər verir ki, finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanovu məğlub edərək aktivinə bir xal yazdırıb. Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezlə heç-heçə edib. Eltac Səfərli isə hindistanlı Sarin Nihala məğlub olub.

Sentyabrın 14-də şahmatçılarımız cavab oyunları keçiriəcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Oxşar xəbərlər

Məmmədyarov Rəcəbovla heç-heçə etdi
Azərbaycan qrossmeysterləri dünya kubokunda üz-üzə gələcəklər
Məmmədyarovla Rəcəbov finalda qarşılaşacaqlar
Şahmat üzrə dünya kubokunda birinci partiyalar oynanılacaq
Məmmədyarov dünya kubokunda finala vəsiqə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər