Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionu bu şəhərlərdən birində oynayacaq
Futzal üzrə UEFA kubokunun elit-raundunun keçiriləcəyi şəhərlər açıqlanıb. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, qitənin ali futbol qurumu bu dəfə daha 4 şəhəri ev sahibi kimi təqdim edib.
Belə ki, elit-raunudun iştirakçılarından "Nasional” (Zaqreb, Xorvatiya), "Sportinq” (Porto, Portuqaliya), "Kayrat” (Almata, Qazaxıstan) və "Brezye” (Maribor, Sloveniya) öz qruplarında keçiriləcək oyunlara ev sahibliyi edəcəklər.
Bu mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Komandalar püşkatma mərasimi zamanı 3 səbətə bölünəcəklər ki, ilk səbətdə seçmə mərhələdən azad olan "Dinamo” və "Yuqra” (hər ikisi Rusiya), "İnter” (İspaniya) və "Kayrat” (Qazaxıstan) yer alacaqlar.
İkinci səbətdən Azərbaycan çempionu "Araz” da daxil olmaqla seçmə mərhələnin qrup qalibləri püşkə qatılacaqlar. Bunlar təmsilçimizlə yanaşı, "Györi” (Macarıstan), "Nikars” (Latviya), "Ekonomaç” (Serbiya), "Sportinq” (Portuqaliya) və "Xrudim” (Çexiya) klublarıdır.
Sonuncu, üçüncü səbət isə qrup ikincilərindən – "Brezya” (Sloveniya), "Feniks” (Kosovo), "Hamburq” (Almaniya), "Nasional” (Xorvatiya), "Real” (İtaliya), "Tarqu-Mureş” (Rumıniya) komandalarından təşkil olunub.
Qeyd edək ki, elit-raundun oyunları 22-27 noyabr tarixləri arasında keçiriləcək.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” 5-ci səbətdə - Çempionlar Liqası
Millimizin rəqibləri müəyyənləşir
Futzal komandamızın rəqibi kim olacaq?
Azərbaycan çempionunun oyunlarının vaxtı açıqlandı
Elit raundun püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Turan" 3 xal qazandı - Premyer Liqa














Misli Premyer Liqası