Alimlər araşdırdı:Messi, yoxsa Ronaldo?
Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.
Sportfm.az xəbər verir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.
Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub: "Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır".
Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.
Oxşar xəbərlər
Messinin forması əbədiləşdiriləcək
Messinin qaldığı otaq muzey olacaq
Messi, Maradona, Ronaldo - 1, 2, 3
Messi Ronaldonun rekordunu qırdı - 1 milyonu keçdi
Ən yaxşı Ronaldodur, çünki Messi…
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası