reklam
22 yaşlı futbolçu bazarda güllələndi
Sportfm.az xəbər saytı

22 yaşlı futbolçu bazarda güllələndi


Nigeriya futbolunda bədbəxt hadisə baş verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, yerli "Şutinq Starz” klubunun futbolçusu İzu Jozef qətlə yetirilib. Nigeriya çempionatında mövsüm başa çatdığından, 22 yaşlı mərkəz müdafiəçisi istirahət etmək üçün doğma şəhəri Okakiyə gedib. Lakin yerli bazarda baş verən qarşıdurma onun həlak olması ilə nəticələnib.   
Klubun baş meneceri Raşid Baloqu ölümün dəqiq səbəbini hələ bilmədiklərini söyləyib: "Biz futbolçunun ölüm səbəbi ilə bağlı fərqli mesajlar alırıq. Hazırkı məqamda belə qənaətə gəlmək olar ki, təsadüfi açılan atəş zamanı güllə Jozefə tuş gəlib”. 
Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik isə futbolçulara xəbərdarlıq edib: "Bütün oyunçular ünsiyyət qurduqları insanlarla və getdikləri yerlərlə bağlı diqqətli olmalıdılar. Əvvəl-axır hamımız öləcəyik. Ancaq biz İzu Jozefin başına gələnlərlə digər futbolçuların üzləşməsini istəmirik”. 
Qeyd edək ki, "Şutinq Starz” klubu Nigeriya Premyer Liqasını 47 xalla 15-ci pillədə başa vurub.

Oxşar xəbərlər

Millinin sabiq futbolçusu oyun zamanı güllələndi - Olay
Millinin keçmiş futbolçusu oyun zamanı güllələndi - CİNAYƏT
Kamerunun 1/4 finala yolunu Nigeriya kəsdi
Nigeriya - Qana oyunundan sonra həkim həlak oldu - DÇ-2022
"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər