reklam
Oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək
Sportfm.az xəbər saytı

Oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək


2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.

Sportfm.az xəbər verir ki, U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.

Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.

Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə qeydiyyatdan keçmək istəyən komandalar [email protected] e-mail ünvanına müraciət ünvanlaya bilər.

Qeydiyyat 18 avqust – 10 sentyabr tarixləri arasında aparılacaq.

Oxşar xəbərlər

Onlayn iclas keçiriləcək - Region Liqası
Liqalarla bağlı görüşlər keçiriləcək - Onlayn
Gənclər Liqasının başlayacağı vaxtı açıqlandı
Azərbaycanda yeni futbol liqası olacaq - 3 şəhərdə keçiriləcək
AFFA Region Liqasının qeydiyyatına start verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər