reklam
Sənan Qurbanov:
Sportfm.az xəbər saytı

Sənan Qurbanov:"Bura məğlub olmağa gəlməmişik"


“Komandamızda oynayan hər iki gürcü futbolçu bizim üçün vacib oyunçudur. Davit Volkovu ötən mövsümün gedişində komandaya cəlb etmişiksə, Merab Qiqauri bir aydan çoxdur bizə qoşulub. Onlar potensiallarına inandığımız oyunçulardır. Davit komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı". 
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa  Liqasının ikinci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) ilə cavab oyunu öncəsi mətbuat konfransında deyib.
"Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Gürcüstan çempionatı davam etdiyindən rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər, həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin bura məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik” - deyə o bildirib.

S.Qurbanov Tiflis təmsilçisi haqda da danışıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada – həm hücumda həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Gürcüstan klubu 2:0 hesabı ilə qalib gəlib  

Oxşar xəbərlər

"Nəticəni daha da yaxşılaşdırmağa çalışacağıq" - "Dinamo"nun məşqçisi
"Onlar ilk mərhələni keçdikdən sonra..." - Sənan Qurbanov
"Belə davam etsələr, əsas heyətdə yer alacaqlar" - Sənan Qurbanov
Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
Sənan Qurbanov:"Bizim üçün vacib futbolçudu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər