reklam
Sportfm.az xəbər saytı

"İnter" ilk görüşdə məğlub oldu


Bu gün Çempionlar Kuboku beynəlxalq turnirində daha bir oyun keçirilib.

Sportfm.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Mançester Yunayted" və "İnter" klubları üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Meyson Qrinvud 76-cı dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar"a qələbə qazandırıb. Beləliklə, mankunyanlar turnirə qalibiyyətlə start veriblər.

Qeyd edək ki, "Çempionlar Kubokun"da ümumilikdə 13 komanda iştirak edir. Turnirdə İngiltərədən "Mançester Yunayted"lə yanaşı, "Arsenal" və "Tottenhem", İspaniyadan "Real" və "Atletiko", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Roma" və "Fiorentina", Almaniyadan "Bavariya", Portuqaliyadan "Benfika" və Meksikadan "Çivas" komandaları mübarizə aparır.

Oxşar xəbərlər

"İnter" və "Atletiko" Superliqanı tərk etdi - RƏSMİ
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Salah qol vurdu, "Liverpul" qalib gəldi
Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
"Barselona" və "Yuventus" yenidən üz-üzə!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər