reklam
Sportfm.az xəbər saytı

"Hər şey gözlədiyimdən də yaxşı keçdi" -Samir Abasov


“Zirə”nin baş məşqçisi Samir Abasovun “Keşlə” ilə yoxlama oyunu (2:2) və toplanışın ilk hissəsi haqda ümumi fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb.

Sportfm.az xəbər verir ki, 41 yaşlı mütəxəssis hazırlıqdan razı qaldığını deyib:

“Oyun bir az sərt keçdi. Bu da başa düşüləndi. Çünki hamı özünü göstərmək istəyir. “Keşlə”yə də uğurlar arzulayıram. Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuloarın peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.

 

Oxşar xəbərlər

"Yaxşı oyun olan yerdə nəticə də olur" - Yaşar Vahabzadə
"Onlar gözümüzün önündə yetişiblər" - Sənan Qurbanov
"Zirə" yerli klublarla görüşəcək - Hazırlıq planı məlum oldu
"Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm" - Vojislav Stankoviç
Ürfan Abbasov: Vətənə baş çəkib, qayıtdıqdan sonra... Müdafiəçi nədən razıdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər