Azərbaycanda klub prezidenti ağır qəzaya düşdü
Sportfm.az xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Viləş"in prezidenti, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Qəbələ"nin futbolçusu qəzaya düşdü - HADİSƏ
İdmançı trenajor zalında öldü - Azərbaycanda
Klub prezidenti 4 nəfərin ölümünə səbəb oldu - Hadisə
Məşqçinin oğlu intihar etdi - 22 yaşında
Cəlilabaddakı futbol matçında mübahisə düşdü, 2 nəfər bıçaqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası