reklam
Misirdə Afrika Millətlər Kuboku start götürdü
Sportfm.az xəbər saytı

Misirdə Afrika Millətlər Kuboku start götürdü


Misirin paytaxtı Qahirədə futbol üzrə Afrika Millətlər Kuboku start götürüb.

Sportfm.az xəbər verir ki, turnirin açılış oyununda meydan sahibləri Zimbabve ilə qarşılaşıblar. Matç Misirin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində 41-ci dəqiqədə Mahmud Hassan fərqlənib.

Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarışa iyulun 19-da yekun vurulacaq.

Bu gün Konqo DR - Uqanda, Nigeriya - Burundi və Qvineya – Madaqaskar oyunları keçiriləcək.

Qeyd edək ki, yarışın sonuncu qalibi Kamerun yığması olub. Turnirin ən titullu komandası isə hesabında 7 çempionluq olan Misirdir.

Oxşar xəbərlər

Afrika Millətlər Kubokunda iki yarımfinalçı bilindi
Afrika Millətlər kuboku başlayır
1/8 finalın cütlükləri müəyyənləşdi - Afrika Millətlər Kuboku
Afrika Millətlər Liqasının püşkü atıldı
Afrika Millətlər Kubokunun iştirakçıları müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər