reklam
AFFA-nın yeni planları bilindi -
Sportfm.az xəbər saytı

AFFA-nın yeni planları bilindi -2020-ci ildən


AFFA 2020/2021-ci il mövsümündən başlayaraq Premyer Liqa və I Divizionda klub sayını artırmağı planlaşdırır.

Sportfm.az xəbər verir ki, federasiyanın baş katibi Elxan Məmmədov bu barədə futbol veteranlarıyla son görüşündə bildirib. 

Qurum rəsmisi qeyd edib ki, ölkə çempionatına qatılan komandaların sayının azlığı onları da ciddi qayğılandırır: 

«Biz hər bölgədə və rayonda futbol klubunun fəaliyyət göstərməsini istəyirik. Bu gün sponsor tapmaq çətindi. 

Əsas problem investorların bu sahəyə yaxın gəlməməsindən qaynaqlanır. Futbol klubu bir komandadan ibarət olmamalıdı. 

Belələrini çox görmüşük. Çempionatda iştiraklarını yarımçıq dayandırıblar. Biz bir də belə hallarla qarşılaşmaq istəmirik. 

Bir sıra yeni layihələr barədə düşünürük. Kənarda qalan veteranların, mütəxəssislərin işə cəlb olunması bizim də marağımızdadı. 

2020-ci ildən klub futbolunda yeniliklər etmək niyyətindəyik. AFFA hamıya kömək edə, maliyyə ayıra bilməz. 

Uşaq futboluna diqqəti bir qədər də artıracağıq. Elə bir uşaq komandası yrxdu ki, federasiya onu topla təmin etməsin. Düzdü, forma təminatındap bir az problem var və hazırda bunun üstündə çalışırıq».

 

Oxşar xəbərlər

Adil Şükürov "Zirə"də yeni posta təyinat alacaq - İddia
“Zirə” çempionatdan imtina etdi
Azərbaycanın ən qocaman klublarından biri Divizionda çıxış etmək istəyir
AFFA klublara qarşı çıxdı
"Rəvan"ın sabiq üzvü AFFA-nın baş katibinə təşəkkür etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər