reklam
Zədə adıyla qaçmaq istədi, polislər yaxaladı -
Sportfm.az xəbər saytı

Zədə adıyla qaçmaq istədi, polislər yaxaladı -VİDEO


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ekvador - Çili oyununda (3:0) maraqlı hadisə yaşanıb.  Komanda.az xəbər verir ki, meydan sahiblərinin və "Everton”un hücumçusu Enner Valensia polisdən qaçmağa cəhd edib. Alimenti ödəmədiyi üçün barəsində həbs qərarı çıxarılan Valensia vətənə gələn kimi yerli polislərin diqqət mərkəzinə düşüb. Qanun keşikçiləri hələ oyundan öncə hücumçunu həbs etmək istəsə də, milli komandadakı texniki heyət bunun qarşısını çətinliklə də olsa alıb. Belə olduğu halda, polislər Valensianın həbsi üçün oyunun sonunu gözləməyə qərar verib.  Oyunun 82-ci dəqiqəsində zədələnən hücumçu təcili tibbi yardım maşınıyla meydandan çıxarılıb. Ancaq onun bu üsulla aradan çıxmaq istədiyindən şübhələnən polilər təcili tibbi yardım maşınının ardınca qaçmağa başlayıblar. Futbolçunun özünü zədəli kimi göstərərək bu üsulla aradan çıxmaq istəməsi istisna olunmur.  Amma Valensianın hiyləsi baş tutmayıb. Belə ki, polislər təcili tibbi yardım maşınına çataraq, futbolçunu saxlayıblar. 



Oxşar xəbərlər

“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı - Qərar
Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər
Təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar - Bunları futbolçu aldı
Region Liqasının oyunu baş tutmadı - Tibbi yardım maşınına görə
Azərbaycan çempionatı problemlə başladı - zədə alan idmançının səsi zalı bürüdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər