reklam
Sportfm.az xəbər saytı

"Bakı finala tamamilə hazırdır" -Aleksandr Çeferin


Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. 

Sportfm.az xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün keçiriləcək finala Bakı tamamilə hazırdırmı?

- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.

- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək. 

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?

- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır. 

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü (Qafqazinfo).

Oxşar xəbərlər

"Bəli, Bakıda stadion dolmamışdı" - Etiraf
"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
Henrix Mxitaryan Bakıya gətiriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər