reklam
Sportfm.az xəbər saytı

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama


Futbol üzrə Türkiyə Birinci Liqasının pley-off mərhələsinin ilk matçında bərabərə qalan "Adana Dəmirspor"un baş məşqçisi Ümit Özat maraqlı açıqlaması ilə gündəmi zəbt edib. 

Sportfm.az xəbər verir ki, mütəxəssis komandanın aparıcı futbolçularından biri olan Poteni oruc tutmasına görə tənqid edib. Özat açıqlamsında bildirib ki, Potenin oruc tutmasına icazə verməsə də, oyunçu öz bildiyini edib:"Onun vəziyyəti aydındır. Bizim sözümüzü qulaqardına vurub. Ancaq bu komandanın üzvü olan hər bir kəs bilməlidir ki, orucun kompensasiyası var, matçın isə yox".

Qeyd edək ki, "Adana Dəmirspor" ilk görüşdə rəqibi ilə 0-0 bərabərə qalıb. 

Oxşar xəbərlər

"Turan Tovuz" "Adana Dəmirspor"la heç-heçə etdi - Yoxlama oyunu
“Adana Dəmirspor” sanksiyalara məruz qaldı
"Adana Dəmirspor"da yeni baş məşqçi
"Beşiktaş" Adanada "dağıldı" - Super Liqa
"Ramazan həyatımın bir hissəsidir" - Kərim Benzema

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər