reklam
Sportfm.az xəbər saytı

"Arsenal" və "Çelsi" final matçının 6 min biletini geri qaytaracaq


Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

Sportfm.az xəbər verir ki, "Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq. Hazırda Azərbaycanda 23 000 bilet satılıb.

Oxşar xəbərlər

"Qarabağ"ın oyununa bilet satışı başlayır - Konfrans Liqası
AÇ-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı
Avropa Liqasının finalının biletləri nə vaxt ala bilərik?
Matça 70 gün var, biletləri satılır
"Çelsi" matçına nə qədər bilet satılıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər