reklam
Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı
Sportfm.az xəbər saytı

Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı


“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub. 

Sportfm.az xəbər verir ki, XXVII turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqes “qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb. Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.

Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodiqesə qədər 9 oyunçumuz ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard komandanın dubl sayını 13-ə çatdırıb. Nelson Bonilya üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.

Oxşar xəbərlər

"Zirə"nin hücumçusundan iki rekord birdən - UĞUR
“Zirə”nin futbolçusundan yubiley qolu
Legioner futbolçu Azərbaycan komandasının rekordçusu olmağa yaxındır
Vüsal İsgəndərli Bonilyanı keçə biləcəkmi?
"Qartallar"ın 10-cu dublu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər