reklam
Azərbaycanda yeni klub yaradıldı
Sportfm.az xəbər saytı

Azərbaycanda yeni klub yaradıldı


Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun adını daşıyan fond növbəti böyük layihəni həyata keçirməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu tanınmış şahmatçının adını daşıyacaq klub təsis edib.

“Vüqar Həşimov” klubu artıq heyəti formalaşdırmağa başlayıb. İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədovla Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq verib.

Şahmatçılar Vüqar Həşimov klubunda mübarizə aparmağı özlərinə borc bildiklərini deyib.

 Vüqar Həşimov klubu Monteneqroda təşkil olunacaq Avropa Çempionlar Kubokunda çıxış edəcək. Yaxın günlər ərzində klubun bütün heyəti açıqlanacaq.

Oxşar xəbərlər

Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu - FOTO
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Şahmatçılarımiz Avropa Kubokunda çıxış edəcək
Vüqar Həşimovun adına klub təsis edildi
Vüqar Həşimovun vəfatından 5 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər