"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqaları ilə bağlı qərarlar qəbul edilib.
27 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın U-19 – “Ulduz” matçının 29-cu dəqiqəsində U-19-un 1 №-li futzalçısı Vladislav Reznov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın “Füzuli” – “Sovetski” matçının 29-cu dəqiqəsində “Sovetski” klubunun 7 №-li futzalçısı Elman Verdizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Baker Tilly” matçının 7-ci dəqiqəsində “Baker Tilly” klubunun 1 №-li futzalçısı Rəşad Səttarzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Obolon” – “Borçalı” matçının 20-ci dəqiqəsində “Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Rəvan” – “STAR karqo” matçının 26-cı dəqiqəsində “STAR karqo” klubunun 9 №-li futzalçısı Səbuhi Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
23 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Araz” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi” klubunun 10 №-li futzalçısı Rüfət Balakişiyev kobud oyuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
27 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Neftçi” – EKOL matçı başa çatandan sonra EKOL klubunun 99 №-li futzalçısı Emin Kürdov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
“Neftçi” klubunun futzalçısı Rüfət Balakişiyev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
Balarza hakimi təhqir etdi, 4 oyun cəzalandı
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası