Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Pele Braziliyada əməliyyat olundu
Futbol kralı Pelenin sidik kisəsindən daşın götürülməsi üzrə əməliyyat uğurla tamamlanıb.
Sportfm.az xəbər verir ki, vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun həyatına təhlükə yoxdur. Onun ümumi vəziyyəti yaxşı qiymətləndirilir.
Pelenin səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb. Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb.
Parisdən vətəninə qayıtdıqdan sonra üçqat dünya çempionu San-Paulu klinikalarından birinə yerləşdirilib. Tibbi müayinə nəticəsində onun sidik kanalında infeksiyanın olduğu müəyyənləşib.
Oxşar xəbərlər
Millimizin voleybolçusu təcili əməliyyat olundu
Pele yenə xəstəxanaya düşdü
Pelenin son durumu açıqlandı
Pelenin səhhəti ilə bağlı son durum - “Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır"
Pele San-Puladakı xəstəxanadan evə buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası