Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bursaspor" yenə baş məşqçisiz qaldı
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Sportfm.az xəbər verir ki, Samet Aybaba "Bursaspor"dan ayrılıb.
Baş məşqçi Super Liqanın XXVII turu çərçivəsində yenildikləri (0:1) "Alanyaspor" matçından sonra bu qərara gəlib.
Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, Samet Aybabanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Açıqlamada qeyd edilib ki, istefa qərarını baş məşqçi özü verib və rəhbərlik onun bu istəyini qəbul edib.
"Bursaspor" 27 turdan sonra 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Abdullah Avcı istefa verdi
Samet Aybaba millimizi çalışdıracaq - Növbəti iddia
Aybaba yenidən "görəv başında"
Super Liqada növbəti baş məşqçi istefası
Super Liqada növbəti baş məşqçi istefası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası