reklam
Şeydayev ən yaxşılar arasında
Sportfm.az xəbər saytı

Şeydayev ən yaxşılar arasında


Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Premyer Liqanın “Vkontakte” sosial şəbəkədəki rəsmi səhifəsində azarkeşlər arasında sorğu aparılıb.

Sorğunun nəticəsinə görə, “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20834 səs) ayın futbolçusu seçilib. MOİK-in futbolçuları Fyodor Çalovla Mario Fernandes müvafiq olaraq 2-ci və 4-cü yerləri tutublar. "Lokomotiv"li Anton Mirançuk 3-cü olub.

"Krılya Sovetov"un formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ayın ən yaxşı 5-cü oyunçusu seçilib. Martda “Lokomotiv”, “Yenisey” və “Anji” ilə oyunların hər birində qol vurmağı bacaran yığmamızın üzvü 2.37 faiz (999 səs) toplayıb. 

Sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:

1. Sərdar Azmun (Zenit) - 49.46 faiz

2. Fyodor Çalov (ÇSKA) -  35.12

3. Anton Mirançuk (Lokomotiv) – 6.53

4. Mario Fernandes (ÇSKA) – 6.52

5. Ramil Şeydayev (Krılya Sovetov) – 2.37

Oxşar xəbərlər

Ramil Şeydayev "Zenit"lə oyunda fərqləndi
Şeydayev oynadı, "Krılya Sovetov" qalib gəldi
Ramil Şeydayev yenə qol vurdu
Ramil Şeydayev üçün 25 dəqiqə
Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər