"Azərbaycana daha çox qol vura bilərdik" -Andrey Kramariç
AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya millisi Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.
Sportfm.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin qələbə qoluna imsa atan Andrey Kramariç fikirlərini bölüşüb.
"Hoffenhaym"ın forvardı asan qələbə qazanmadıqlarını deyib: "Əlbəttə, belə oyunun keçməsini istəmirdik, lakin 3 xal və vurduğum qol üçün sevinirəm.
Mübarizə apardıq, qalib gəldik. Bəlkə də daha çox qol vura bilərdik, amma bu, futboldur. Asan olmayacağını hamımız gözləyirdik və belə də oldu.
Yaxşı oynadıq, belə müdafiə xəttini yarmaq çətindir. Bəlkə də azarkeşlər daha çox qol gözləyirdi.
Lakin bizə nəticə daha önəmlidir. Bruno Petkoviç isə mükəmməl debüt etdi. Uşaq göstərdi ki, futbol oynaya bilir.
Macarıstanla çətin səfər oyunumuz var. Neqativ halları unudub, həmin matçı düşünməliyik. Çünki cəhhənəm kimi atmosferdə oynayacağıq".
Oxşar xəbərlər
"İlk qələbəmizi qazandığımız üçün sevincliyik" - Stiven Kenni
"Azərbaycanın oynamasına şans yaratdıq" - Luka Modriç
“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
Emin Mahmudov: Oynamaq daha asan oldu
"Neftçi"nin hücumçusu: Onlar bizi çox yaxşı tanıyırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası